Ebru Gündeş 25 milyonluq villasından köçür


Digərləri 15 Yan 2020 18:45:00 192 0

Ebru Gündeş 25 milyonluq villasından köçür

Müğənni Ebru Gündeş İstanbulun Kanlıca ərazisində yerləşən əkiz villalarından köçür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Kanal D"də yayımlanan "İkinci sayfa" verilişində məlumat verilib.

Bildirilir ki, 180 dərəcə Boğaz mənzərəli villada 9 yaşlı qızı Alara ilə yaşayan sənətçi başqa bir səmtə köçəcək.

İllər öncə 25 milyon lirəyə (təxminən, 7 milyon 211 min manat) alınan villanı boşaltmağa hazırlaşan ifaçı Kemerburqaz ərazisində yaşamaq niyyətindədir. E.Gündeşin meşəlik ərazidə yerləşən yeni villasının dəyəri isə 13 milyon lirədir (təxminən, 3 milyon 750 min manat).