Böyük Britaiyanın İrandakı səfiri bu ölkəni tərk edib


Dünya 15 Yan 2020 14:36:35 143 0

Böyük Britaiyanın İrandakı səfiri bu ölkəni tərk edib

Böyük Britaiyanın İrandakı səfiri bu ölkəni tərk edib

Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir Tehranı tərk edib.

“Report” bu barədə “Tasnim”ə istinadən xəbər verir.

Bundan əvvəl İran hökuməti səfirin Tehrandakı etiraz aksiyalarında iştirak etməsindən sonra onu ölkədən beynəlxalq hüquq əsasında çıxartmaq məsələsini araşdırdığını bildirmişdi.

Xatırladaq ki, səfir R.Makeir bir neçə gün əvvəlsaxlanıldıqdan sonra sərbəst buraxılmışdı. İran hökumətinin bildirdiyinə görə, diplomat Tehranda keçirilən etiraz aksiyalarına gedib “təşkilatlanma və təhrikçiliklə məşğul olmuş, habelə bəzi radikal hərəkətlərə rəhbərlik” etmişdi.