Xalq artistini ayağından güllələyiblər


Digərləri 15 Yan 2020 14:15:00 126 0

Xalq artistini ayağından güllələyiblər

Rusiyanın xalq artisti Aleksey Serovu Moskvaətrafında kafeda dava zamanı ayağından güllələyiblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti özü deyib.

Onun sözlərinə görə, dostları və qonaqları ilə birlikdə kafedə olarkən qonşu masada əyləşənlərlə  mübahisələri yaranıb.

"Mübahisə davaya çevrildi. Sonra məsələni bir kişi kimi küçədə həll etmək istədik. Danışıqlar nəticə vermədi. Çünki dava edənlərin birində tapança var imiş və o, mənim ayağıma atəş açdı", - xalq artisti deyib.

Güllələnmə hadisəsindən sonra xəstəxanaya yerləşdirildiyini deyən müğənni bildirib ki, onun ayağındakı güllələr çıxarılıb və hazırda axsayır.