Baş prokurorun müavini: "Ötən il 9 vəzifəli şəxs həbs olunub"


Digərləri 15 Yan 2020 13:03:00 141 0

Baş prokurorun müavini: "Ötən il 9 vəzifəli şəxs həbs olunub"

Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub və araşdırma aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: "Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib".