Bakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcək


Digərləri 15 Yan 2020 12:57:00 117 0

Bakı-Sumqayıt yolu şəhərlər arasında avtomobil axınının bərabər paylanmasını təmin edəcək

Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu istiqamətdə avtomobil axınının bərabər paylanmasının təmin olunmasında vacib mərhələdir

Bakı. Eldar Canaşvili - Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu istiqamətdə avtomobil axınının bərabər paylanmasının təmin olunmasında vacib mərhələdir. Trend-in məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, 2011-ci ildə genişləndirilmiş Bakı-Sumqayıt yolu sutkada 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulmuşdu, indi isə bu, aktual deyil. Texnopark və sənaye zonalarının, ali tədris müəssisələrinin və digər obyektlərin açılması Bakı-Sumqayıt yolunda hər iki istiqamətdə avtomobil axınını sutkada 12-14 minədək çatdırıb.