İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı VİDEO


Dünya 15 Yan 2020 12:35:00 126 0

İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı  VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna beynəlxalq hava yollarına məxsus təyyarənin raketlə vurulduğu anı videoya çəkən şəxsi saxlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Müəllifin tutulmasından sonra araşdırma planlaşdırılır və nəticəsi sonradan açıqlanacaq.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.