Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollardan çox pul köçürülüb


Dünya 15 Yan 2020 12:20:19 115 0

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollardan çox pul köçürülüb

Ötən ilin dekabr ayında Azərbaycandan Gürcüstana 2,23 mln. dollar pul köçürülüb.

Ötən ilin dekabr ayında Azərbaycandan Gürcüstana 2,23 mln. dollar pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.

Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,29% təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana köçürülən pul vəsaitlərinin həcmi 1,28% artıb.

Dekabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 172,3 mln. dollar pul daxil olub ki, bu da ötən ilin eyni göstəricisindən 14,2% çoxdur. Gürcüstandan xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə illik müqayisədə 17,7% artaraq 25,5 milyon dollara bərabər olub.