"Onun sayəsində bu qədər gəzirəm"


Şou-biznes 15 Yan 2020 12:04:00 143 0

"Onun sayəsində bu qədər gəzirəm"

Bu günlərdə Laplandiya gəzintisindən qayıdan aparıcı Lalə Azərtaş sosial şəbəkədə ünvanına yazılanlara münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, tez-tez xaricə gedən aparıcı izləyicilərinin bəzilərinin tənqidinə, suallarına məruz qalıb. Bir çoxları onun ünvanına necə bu qədər çox gəzə bilməsi ilə bağlı suallar ünvanlayıb.

Lalə əmisi ilə fotolarını paylaşaraq bunları yazıb:

"Hər kəsə maraqlı olan sual: Necə bu qədər gəzirəm? Əmim var olsun, sağ olsun... Bakıya İstanbuldan gəlmişdim. Təşəkkür etmək üçün yanına getmişdim. Bir gün də qardaş ölkəni gəzdik. Hər şey üçün təşəkkürlər, rəis".