Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır


Digərləri 15 Yan 2020 12:08:11 112 0

Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib

Bakı. Elçin Mehdiyev – Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib. N.Arpadarai bildirib ki, yarış ilk keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb. Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır. N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.