Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilər digər ölkələrə rahat səyahət edə biləcəklər


Digərləri 15 Yan 2020 11:55:00 96 0

Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilər digər ölkələrə rahat səyahət edə biləcəklər

Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin “Yol sənəd”i gələn həftə təqdim olunacaq.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin “Yol sənəd”i gələn həftə təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ötən ildən hazırlanan bu sənəd artıq hazırdır: “Ölkəmizdə qaçqın statusunda yaşayan əcnəbilər üçün yaradılmış “yol sənədi” artıq hazırdır. Bu sənəd yanvar ayının 23-dən həmin şəxslərə təqdim olunacaq. Sözügedən “Yol sənədi” ilə həmin ad altında yaşayan şəxslər başqa bir ölkələrə rahat şəkildə səyahət edə biləcəklər”.