21 yaşlı oğlan WhatsAppda yazdığı mesaja görə edam edildi FOTO


Dünya 15 Yan 2020 11:41:00 162 0

21 yaşlı oğlan WhatsAppda yazdığı mesaja görə edam edildi  FOTO

Ötən il Səudiyyə Ərəbistanında 184 nəfər edam edilib.

Son.az Mirror-a istinadla xəbər verir ki, edam edilən məhkumlardan 3-ü həbs edilərkən yaşı 18-dən az olub.

Edam edilənlərdən biri Əbdülkəraim əh-Havajdır. O, 16 yaşındaykən WhatsApp sosial şəbəkəsi vasitəsi ilə hökümət əleyhinə mesajlar yazdığına görə saxlanılıb. Əbdülkərim 5 il sonra, 2019-cu ildə edam olunub. İddialara görə, o, səhvini etiraf edənə qədər bədəninə elektrik verilib və başqa işgəncələrə məruz qalıb.

Əbdülkərim və başqa 36 nəfər eyni gündə, aprel ayında edam olunub. Hətta məhkumlardan biri digərlərinə dərs olsun deyə çarmıxa çəkilib.

Yeniyetmə ikən saxlanılıb, ötən il edam olunanlardan biri də 17 yaşında həbs edilən Mujtaba əs-Sveykatdır. O, qəbul olduğu Miçiqan Universitetinə gedərkən tutulub.