Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub


Digərləri 15 Yan 2020 11:20:00 137 0

Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb

Bakı. Samir Əli - Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub və araşdırma aparılıb. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.