3cü kurs tələbəsi acından öldü FOTO


Dünya 15 Yan 2020 10:36:00 137 0

3cü kurs tələbəsi acından öldü  FOTO

Qəpik-quruşla dolanan gənc qız normal qidalanmadığına görə ölüb.

Son.az BBC-yə istinadla xəbər verir ki, Çində yaşayan Wu Huayan adlı 24 yaşlı tələbə qız xəstəxanada dünyasını dəyişib.

Arıqlayıb 20 kiloqram qalan Wu Huayan 2019-cu ilin oktyabr ayında xəstəxanaya yatırılıb. Bütün ailə üzvlərini itirən qız xəstə qardaşını müalicə etmək üçün əmisinin verdiyi pulun hamısını ona xərcləyib.

Gündəlik yeməyi üçün 2 yuan (30 sent) xərcləyən Wu zəif qidalandığı üçün ölüb. Oktyabr ayında ona yardım üçün onlarla şəxs müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Mən kasıblıqdan ölməyi gözləmək istəmirəm", - Wu ötən il "Chongqing Morning Post"a açıqlamasında söyləmişdi.

Wu-nun mətbuata adı açıqlanmayan qardaşı bildirib ki, ötən gün vəfat edən bacısının 24 yaşı olub və 3-cü kursda oxuyurdu.