Çindəki virusla bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edildi
Digərləri 15 Yan 2020 09:36:00 115 0
Çinin Uxan şəhərində Korona virusunun yeni tipinin müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib.
Bakı. İlhamə İsabalayeva -
Çinin Uxan şəhərində Korona virusunun yeni tipinin müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib.
Mənbə: az.trend.az