ABŞ-da təyyarə yanacağından 60 nəfər zərər çəkib - YENİLƏNİB


Dünya 15 Yan 2020 07:58:00 115 0

ABŞ-da təyyarə yanacağından 60 nəfər zərər çəkib - YENİLƏNİB

​ABŞ-da təyyarə yanacağından 26 nəfər zərər çəkib

ABŞ-ın Kaliforniya ştatında, Kadaxidə təyyarəyanacağının tökülməsi nəticəsində zərər çəkənlərin sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə yanacağından zərər çəkənlərin sayı60 nəfərə çatıb.

Los-Anceles dairəsinin Yanğınsöndürmə Mühafizəsi Departamentinin inspektoru Şon Ferqyuson telekanala bildirdi ki, hadisəgünortadan az sonra olub. Qeyd edilir ki, toplam olaraq söhbət altı məktəbdən gedir.

Telekanalın məlumatına görə, heç bir zərərçəkəni xəstəxanaya yerləşdirmək lazım gəlməyib.

***02:14

ABŞ-ın Kaliforniya ştatında 17 uşaq da daxil olmaqla, 26 nəfər Kadaxidə (Los-Anceles yaxınlığında) ibtidai məktəb ərazisinə aviasiya yanacağının tökülməsi nəticəsində zərər çəkiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti məlumat yayıb.

Yanğınsöndürənlərin məlumatına görə, Los-Anceles Beynəlxalq Aeroportuna uçmuş təyyarədən yanacaq tökülüb. Hazırda ibtidai məktəbin binasında yerə düşmüş maddənin təyyarə yanacağı olduğu təsdiqlənib.