İranın Xarici İşlər Naziri Davos Forumunda iştirak etməyəcək


Digərləri 15 Yan 2020 00:51:52 131 0

İranın Xarici İşlər Naziri Davos Forumunda iştirak etməyəcək

Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün qeydiyyata alındı, ancaq bölgədəki vəziyyət səbəbiylə öz sorğunu geri çağırıb

Bakı. İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün qeydiyyata alındı, ancaq bölgədəki vəziyyət səbəbiylə öz sorğusunu geri çəkib. Trend-in məlumatına görə, bu barədə Forumun prezidenti Borq Brende deyib. B.Brende bildirib: "İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeydiyyata alınmışdı, amma sonra biz imtina aldıq. Mənim fikrimcə, biz buna bölgədəki çətin vəziyyətin fonunda baxmalıyıq". Eyni zamanda, Borge Davosda ABŞ və İran nümayəndə heyətləri arasında ikitərəfli görüşün planlaşdırılması barədə mövzunu şərh etməyib.