Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib


Digərləri 14 Yan 2020 23:21:00 150 0

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.