Dünyada ilk dəfə 16 GBlıq RAMı əldə edəcək smartfonun adı məlum oldu


Digərləri 14 Yan 2020 23:10:00 131 0

Dünyada ilk dəfə 16 GBlıq RAMı əldə edəcək smartfonun adı məlum oldu

Smartfon istehsalçıları tez-tez öz cihazlarına yüksək göstəricili RAM-lar quraşdırırlar. Lakin bütün dünyada məşhur olan şirkətlərdən biri daha da irəli getmək qərarını verib. Yeni məlumata əsasən məşhur şirkətin gamer smartfonu 16 GB-lıq RAM ilə təchiz olunacaq. Bu barədə 4pda saytı xəbər verib. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Xiaomi Black Shark 3 5G smartfon modeli barəsində məlumat təqdim edib. İnsayderin məlumatlarına əsasən dünyada ilk dəfə məhz bu smartfon 16 GB-lıq RAM-ı əldə edəcək.