BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb


Dünya 14 Yan 2020 22:33:20 131 0

BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb

​BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb

BMT Liviyada tərəfləri yanvarın 12-də elan olunmuş atəşin dayandırılması rejiminə əməl etməyə çağırır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

"Biz tərəfləri yanvarn 12-də başlanmalı olan atəşin dayandırılması rejiminə əməl olunmasına davam etməyə çağırırıq. Biz ümid edirik ki, Berlin konfransı Liviyadadaxili dialoqun davam etdirilməsinə beynəlxalq dəstəyi nümayiş etdirəcək", - Dyujarrik deyib.

O, həmçinin xarici müdaxilənin dayandırılması və Liviya ilə bağlısilah embarqosuna tam riayət edilməsi zəruriliyini qeyd edib.