İranda hökumət əleyhinə aksiyalar davam edir
Dünya 14 Yan 2020 22:14:00 108 0
İranın paytaxtı Tehranda hökumət əleyhinə aksiyalar davam edir.
Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyalarda "Boeing-737" Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olanların cəzalandırılması və cavabdeh şəxslərin istefası tələb olunub. Etirazlar zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.
Xatırladaq ki, yanvarın 8-də təyyarə qəzası zamanı 176 nəfər ölüb.
Mənbə: milli.az