Mehdiabadda sürücü həmyerlisini vurub öldürüb


Digərləri 14 Yan 2020 18:59:00 99 0

Mehdiabadda sürücü həmyerlisini vurub öldürüb

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, yanvarın 13-də saat 7 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.