Xaçmazda “Ford” piyadanın həyatına son qoydu


Digərləri 14 Yan 2020 16:39:00 110 0

Xaçmazda “Ford” piyadanın həyatına son qoydu

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata əsasən, yanvarın 13-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub.

Bildirilir ki, piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.