İranda təyyarə qəzasında həlak olanların daha bir hissəsinin kimliyi bəlli olub


Digərləri 14 Yan 2020 16:26:00 107 0

İranda təyyarə qəzasında həlak olanların daha bir hissəsinin kimliyi bəlli olub

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 100-nün kimliyi müəyyənləşdirilib.

Bakı. Elnur Bağışov - İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 100-nün kimliyi müəyyənləşdirilib. Trend-in xəbərinə görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının məlumatında öz əksini tapıb. Məlumata əsasən, Tehran vilayətinin tibbi ekspertiza laboratoriyalarında işlər davam etdirilir. Təşkilatın məlumatında qeyd olunur ki, qəzada həlak olan 176 nəfərin 147-si İran vətəndaşı, qalanı isə əcnəbidir.