“Oskar”a namizədlər açıqlanıb


Digərləri 13 Yan 2020 19:37:19 77 0

“Oskar”a namizədlər açıqlanıb

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası (AMPAS – Academy of Motion Pictures Arts and Scinces) növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası (AMPAS – Academy of Motion Pictures Arts and Scinces) növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

“Report” RT-yə istinadən xəbər verir ki, film dərəcəsində namizədlər arasında “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” yer alıb.

Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasındaSkarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isəQuentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.

Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-daABŞ-ın Los-Anceles şəhərindəkeçiriləcək.