Qəza qurbanlarının meyitləri Kiyevə nə zaman qaytarılacaq?


Dünya 13 Yan 2020 14:07:00 104 0

Qəza qurbanlarının meyitləri Kiyevə nə zaman qaytarılacaq?

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İranda "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalıların meyitlərinin qaytarılması prosesindən danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz Feysbuk hesabındakı paylaşımında Ukraynanın Müdafiə Nazirliyinin idarə heyətinin 11 vətəndaşın cəsədini götürə bildikdən sonra bütün prosedurların bitəcəyini və heyətin Tehrandan qayıdacağını bildirib:

Onun sözlərinə görə, cəsədlər ukraynalı mütəxəssislər qəza yerində bütün lazımi prosedurları bitirdikdən sonra Kiyevə çatdırılacaq. Danilov qeyd edib ki, zəruri hallarda Ukrayna İrana əlavə qüvvələr göndərəcək.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın "Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.