Platonik aşiq olduğu qadını öskürdüyü üçün öldürüb


Dünya 11 Yan 2020 17:30:00 127 0

Platonik aşiq olduğu qadını öskürdüyü üçün öldürüb

Türkiyənin Konta şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Son.az musavat.com-a istinadən bildirir ki, orta yaşlı kişi platonik aşiq olduğu qadını və onun bacısını tapanca ilə vuraraq öldürüb.

Şeyma Sarı ilə Tuğba Sarı bacıları dünyalarını dəyişiblər. Hadisə vaxtı onların anası da yaralanıb.

Psixoloji durumları yerində olmayan qatilin məhkəmədəki ifadələri hər kəsi şoka salıb.

O, platonik aşiq olduğu qadının öskürməyindən və digər hərəkətlərindən özünə yönəlik mənalar çıxardığını bildirib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib.

Məhkəmədə qatilin uzun illər Hollandiyada yaşadığı, 2014-cü ildə Türkiyəyə geri döndüyü də məlum olub. Ayaqqabı sexində işləyən və 3 uşaq atası olan Müzəffər Canpolad qətl hadisəsini törətdikdən sonra qaçmayıb. O, polis bölməsinə gedərək təslim olub.