"Sosial şəbəkələrdə insan alveri" VİDEO FOTO


Digərləri 11 Yan 2020 17:34:00 182 0

"Sosial şəbəkələrdə insan alveri"  VİDEO  FOTO

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilmişdir. Filmi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə çəkmişdir.

Son.az Kanal 5-ə istinadən xəbər verir ki, filmin layihə rəhbəri və ssenari müəllifi  Ramiz Alıyev, Qurluşcu rejissoru Elvin Rüstəmzədədə, icraçı prodüseri isə Nicat Həsənzadədir. Filmin  media tərəfdaşı Azad Azərbaycan Televizyasıdır.  "Mələklərin Qurtuluşu" adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların bədən orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.