7 nəfəri 1 milyona görə öldürən sverdlovsklu qatillər


Dünya 11 Yan 2020 17:40:00 133 0

7 nəfəri 1 milyona görə öldürən sverdlovsklu qatillər

Statistik göstəricilərə görə, 1960-cı illərin əvvələrində SSRİ-də milli münaqişə zəminində baş verən cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Təkcə 1963-cü ildə ölkədə bu qəbildən olan cinayət hadisələrinin sayı 130-a çatıb. Elə 1964-cü ildə Sverdlovsk şəhərində 7 nəfərin vəhşicəsinə qətlə yetirilməsini də hüquq-mühafizə orqanları əməkdaşları milli münaqişə ilə bağlı baş verdiyini zənn ediblər. Amma sonrakı araşdırmalardan məlum olub ki, bu səsli-küylü cinayət işinin törədilməsində başqa məqsədlər olub.

1964-cü ilin yanvarın 29-da "Amerikanın səsi" radiosunun gecə xəbərlərində siyasi çaxnaşmaya səbəb ola biləcək bir xəbər səsləndirilib: "SSRİ-də yəhudiləri qətlə yetirirlər..."

Nə baş verirdi, xəbərin mənbəyi haradan gəlirdi?

Əvvəlcə qayıdaq hadisədən 5 ay öncəyə. 29 avqust 1963-cü ildə Sverdlovsk şəhərinin avtovağzalında milis starşinası Mixail Şaronov qətlə yetirilib. Starşinanı qətlə yetirməkdə məqsəd onun tabel silahını ələ keçirmək olub. Bu cinayətin üstü 5 ay açılmayıb və oğurlamnış silahın heç bir yerdən səsi eşidilməyib.

Son.az musavat.com-a istinadən bildirir ki, 29 yanvar 1964-cü ildə 13 saylı yanğınsöndürmə hissəsinə şəhərin Krılov küçəsi 66A ünvanında yerləşən həyət evində yanğın baş verməsi ilə məlumat daxil olub. Hadisə yerinə çıxan yanğınsöndürənlər ən qısa müddətdə yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra qonaq otağında kişi meyidi aşkar olunub. Daha sonra döşəmə taxtalarının altından daha 6 meyit tapılıb.

Mənzil milliyyətcə yəhudi olan, Sverdlovskinin Şartaş bazarının direktoru Aron Axinblitə məxsus olub.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Məlum olub ki, yanğından əvvəl Aron Axinblit, onun həyat yoldaşı Riva Axinblit, qayınanası Sara İvkina, 13 yaşlı oğlu Marik, iki yaxın qohumu və sahə həkimi Kopılov qətlə yetirilib və izi itirmək üçün qəsdən yanğın törədilib. Meyitlərin müayinəsi zamanı müəyyənləşib ki, qətldən əvvəl onlara kəsici və deşici alətlərlə işgəncələr verilib, bədən üzvlərinin ayrı-ayrı hissləri xüsusi alətlərlə kəsilib. Mənzildən üzərində "Bütün yəhudilərə belə olacaq" yazılmış karton parçası da tapılıb. Bu yazıya görə əməliyyatçılar elə düşünüblər ki, cinayət milli münaqişə zəminində baş verib.

Səhər rəhbərliyi hadisə ilə bağlı birbaşa Nikita Xruşova məruzə ediblər. Xruşovun ilk göstərişi o olub ki, qətlə yetirilənlərin milli mənsubiyyətləri heç bir yerdə hallanmasın. Və o, dərhal SSRİ-nin hüquq-mühafizə orqanlarının yüksəkçinli əməkdaşlarını Sverdlovsk şəhərinə ezam edib.

Əməliyyatşılar isti-isti hadisənin izinə düşüblər. Hadisə yerindən 5 ay əvvəl qətlə yetirlmiş milis starşinasının tabel silahı da tapılıb. İki həftəlik gərgin fəaliyyətdən sonra DTK agenturasının köməyi ilə Vladimir və Georgi Korovin qardaşları şübhəli şəxs qismində saxlanılıblar.

Qardaşların birinin əl izi ilə silahdakı əl izləri uyğun gəlib. Amma əməliyyatçılar onu da anlayıblar ki, 7 nəfəri qətlə yetirmək, özü də çox arxayınlıqla işgəncə verərək bu hadisəni törətmək bir nəfərin işi deyil. Əməliyyatçılar bu məsələ üzərində çox da baş sındırmayıblar. Vladimir Korovin cəzasının yüngülləşdiriləcəyini düşünərək istintaqla əməkdaşlığa gedib və cinayətdə iştirak edən digər üç nəfərin, qardaşının, Pastuşevin və Şeqelyovun adlarını açıqlayıb.