Mərkəzi Bank depozit hərracı keçirəcək 150 milyon manat


Digərləri 11 Yan 2020 14:09:00 138 0

Mərkəzi Bank depozit hərracı keçirəcək  150 milyon manat

Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Son.az-a bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.