Ukrayna təyyarəsinə dəyən mərminin qalıqları tapılıb FOTO


Dünya 11 Yan 2020 09:59:00 100 0

Ukrayna təyyarəsinə dəyən mərminin qalıqları tapılıb  FOTO

İrandan Ukraynaya uçan təyyarəyə dəyən mərminin başlığı tapılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, iddialara görə "Boeing 737" sərnişin təyyarəsi Rusiya istehsalı olan Tor-M1 texnikasından vurulub.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

İran bu gün təyyarəni istəmədən vurduğunu etiraf edib. Bu barədə məlumat İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında qeyd olunub.