AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməyə kömək edəcək


Digərləri 11 Yan 2020 09:50:00 126 0

AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməyə kömək edəcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri tətbiq etməklə əmək məhsuldarlığını artırmaq olar

Bakı. Eldar Canaşvili - Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri tətbiq etməklə əmək məhsuldarlığını artırmaq olar. Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı ilə bağlı icmalında deyilir. AİB hesab edir ki, Azərbaycan hasilat mənbələrinə deyil, bərpa olunan mənbələrə arxalanaraq iqtisadiyyatını daha dayanıqlı etməlidir. İcmalda, həmçinin qeyd edilir ki, Azərbaycanda taxılçılığa böyük diqqət ayrımasına baxmayaraq, ölkədəki şərait bağçılıq üçün daha yararlıdır.