Qəçrəşdə istirahət mərkəzində yanğın baş verib


Digərləri 11 Yan 2020 09:59:44 184 0

Qəçrəşdə istirahət mərkəzində yanğın baş verib

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Quba rayonunun Qəçrəş kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 170 m² olan mətbəxin tavanı 30 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.