"Sefirin kızı" Dünyada ən çox danışılan türk serialı oldu


Digərləri 10 Yan 2020 19:45:00 434 0

"Sefirin kızı" Dünyada ən çox danışılan türk serialı oldu

Neslihan Atagül və Engin Akyürekin baş qəhrəmanı olduğu "Sefirin kızı" serialı dünyanın ən çox müzakirə olunan üçüncü serialı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sıralama sosial şəbəkələrdə müzakirə dərəcəsinə görə müəyyənləşdirilib. Ən çox danışılan serial dekabr siyahısında (Social Wit List December) üçlüyə düşən ilk layihə olub.

Qeyd edək ki, Star TV-də yayımlanan serialda Engin Akyürek sözü keçən Sancar Efeoğlunu, Neslihan Atagül Doğulu da Türkiyənin Çernoqoriyadakı səfirinin qızı Nareyi canlandırır.

Uraz Kaygılaroğlu, Doğukan Polat, Hivda Zizan Alp, Özlem Çakar Yalçınkaya, Erhan Alpay, Erdal Küçükkömürcü, Gonca Cilasun, Tülin Yazkan, Esra Kızıldoğan, Cemre Öktemin də yer aldığı TV layihəsinin çəkilişləri Ege bölgəsində aparılır.