Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq


Digərləri 10 Yan 2020 18:58:00 120 0

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq

Bütün bunlarla yanaşı, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar yayımlanacaq

Bakı. Rufiz Hafizoğlu - Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq. Bunu Trend-ə Türkiyə diplomatik mənbələrindən bildiriblər. Mənbə bildirib ki, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq: “Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyatı qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”. Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin