Xorvatiya Avropa İttifaqını genişləndirmək niyyətindədir


Dünya 10 Yan 2020 18:45:44 136 0

Xorvatiya Avropa İttifaqını genişləndirmək niyyətindədir

Xorvatiya Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi dövründə Şimali Makedoniyanın və Albaniyanın da Aİ üzvlüyünə qəbuluna dair danışıqlara dəstək verəcək.

© balkaninsight.com

Xorvatiya Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi dövründə Şimali Makedoniyanın və Albaniyanın da Aİ üzvlüyünə qəbuluna dair danışıqlara dəstək verəcək.

“Report” xəbər verir ki, bu barədəhökumətin “Twitter” səhifəsində paylaşılan açıqlamada bildirilir.

“Genişlənməyə gəlincə, Xorvatiyaya Aİ yolunu açmış qurumun Zaqreb zirvə görüşündən 20 il sonra çalışacağıq ki,Şimali Makedoniya və Albaniyanın üzvlük məsələsi ilə bağlı vəziyyəti həll edək və sərbəstləşdirək”, -açıqlamada deyilir.

Bununla yanaşı, Xorvatiyanın Aİ Şurası sədrliyi dövründə “Brexit”, demoqrafiya problemləri, təşkilatın uzunmüddətli maliyyə planı kimi məsələlərin prioritet olacağı qeyd olunur.

Xatırladaq ki, Xorvatiya cari ilin yanvar - iyun ayları ərzindəAİ Şurasına sədrlik edəcək.