Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradılıb


Digərləri 10 Yan 2020 18:47:00 131 0

Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradılıb

Böyük Britaniyanın "Expanscape" şirkəti dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Aurora 7" adı verilən noutbuk peşəkar istifadə üçün nəzərdə tutulub.

Noutbuk iri korpus və əsas ekrana malikdir və bu korpusa daha beş ekran bərkidilib.

Yeddinci ekran isə noutbukun klaviatura hissəsində yer alıb. Noutbukun dörd ekranı 17,3 düym, digər 3 ekran 7 düym diaqonal ölçüyə malikdir. Aurora 7-nin operativ yaddaşı 64 giqabaytdır.