“İlahiyyatçı” qəzetinin dekabr buraxılışı çap olunub


Digərləri 10 Yan 2020 15:55:00 146 0

“İlahiyyatçı” qəzetinin dekabr buraxılışı çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin dekabr buraxılışı çap olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin dekabr buraxılışı çap olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, mətbu orqanın birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarını Həmrəylik Günü ilə əlaqədar təbriki yer alıb. Mətbu orqanın dekabr buraxılışında “Ulu Öndər Heydər Əliyev anılıb”; “Ümummilli Liderin məzarını ziyarət”; “Tələbələr Heydər məscidini ziyarət ediblər”; “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi”; “Səfir qonağımız oldu”; “Tələbə seminarı”; “650 min ağac əkilməsi aksiyasına qoşulduq”; “Vikipediya” könüllüləri ilə görüş”; “Noyabr ayının yekunlarına həsr olunmuş iclas”; “Qurani-Kərimin üslub və ifadə tərzi”; “Azərbaycan İlahiyyat İnstitutu şahmat turnirinin qalibi olub”; “Tələbələr təşəkkürnamə və sertifikatla təltif edildilər”; “Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar”; “Həmrəyliyimiz: milli-dini birliyimiz”; “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini ziyarət”; “Tələbə Elmi Cəmiyyətinin hesabatı”; “Birinci kurs tələbələri dağ yəhudilərinin sinaqoqunda”; “Ailə və cəmiyyət” mövzusunda xütbə”; “İmtahan sessiyasına hazırlıqla bağlı iclas”; “Respublika elmi konfransı”; “Fərqlənənlər təltif edildilər”; “Tələbələr katolik kilsəsini ziyarət ediblər”; “Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri”; “Azərbaycan kinoları nümayiş olunur”; “Konfransın materialları çap olunub”; Aİİ-nin müəllimi beynəlxalq konfransda iştirak edib”; “İnstitutumuzun dosenti xarici mətbuatda çıxış edib”; “Bilik yarışı keçirilib” başlıqlı İnstitutun fəaliyyəti haqqında xəbərlər dərc olunub. Qəzetin üçüncü səhifəsində Aİİ-nin rektoru Ceyhun Məmmədovun ilin yekunları ilə bağlı “AZƏRTAC”a müsahibəsi dərc olunub. Qəzetin səkkizinci səhifəsi “İlahiyyatçı” qəzetinin fəaliyyətə başlamasının 1 illik yubileyinə həsr olunub.