Ağstafada inzibati binada yanğın: Bütün sənədlər məhv olub
Digərləri 10 Yan 2020 10:00:20 139 0
Ağstafa rayonunda yanğın olub.
Bakı.
Ağstafa rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Köçəsgər kəndində sahəsi 400 m² olan ikimərtəbəli inzibati binanın çardağı 15 m² sahədə, ikinci mərtəbəsinin döşəməsi və birinci mərtəbəsinin tavanı 20 m² sahədə və içərisində olan sənədlər yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Mənbə: az.trend.az