ABŞ ordusu Suriyadan çıxıb İraqa yola düşdü


Dünya 08 Yan 2020 19:58:00 107 0

ABŞ ordusu Suriyadan çıxıb İraqa yola düşdü

ABŞ ordusu Suriyanın şimal-şərqindəki iki hərbi bazanı tərk edərək İraqa istiqamətlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb. Bildirilir ki, hərbi texnika ilə yüklənmiş 40-dək yük maşını Xorab-Ceyr bazasından, 50-dək yük maşını isə Şəddadi şəhərindən İraqa yola düşüb.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində 80 amerikalı əsgərin öldüyü deyilir.