Sevdilər, ayrıldılar, valideyn oldular...


Şou-biznes 08 Yan 2020 18:50:00 203 0

Sevdilər, ayrıldılar, valideyn oldular...

Dünya şou-biznesində məşhur cütlüklərin sayı çox olsa da, bizdə bu rəqəm barmaqla sayılası qədərdir. Onlardan neçə illərdir şad-xürrəm yaşayanları da var, qısa müddətdə ayrılanları da.

Son.az axşam.az-a istinadən şou-biznes və mədəniyyət nümayəndələri arasında indiyədək eşq yaşayan, nişanlanan və ailə quran məşhurları təqdim edir.

Xalq artisti Brilliant Dadaşova və Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir. Onlar 1988-ci ildə evləniblər. Cütlüyün Cahad adlı oğlu var.

Xalq artisti Aygün Kazımova illər öncə ürəyini meyxanaçı Namiq Qaraçuxurluya versə də, onların sevgisi 7 il çəkib.

Müğənni Aysel Teymurzadə isə Xalq artisti Murad Adıgözəlovla evlidir. Onların üç övladı var.

Elşad Xose və Oksana Rəsulova 2012-ci ildə ailə qurublar. Bir il sonra boşanan cütlük 2016-cı ildə yenidən barışıb sevgili olsa da, bu məhəbbət polis şöbəsində bitib.

Əməkdar artist Gülzar Qurbanova rejissor Elxan Cəfərovla 27 ildir evlidir.

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurub. Onların əkiz oğulları var.

Müğənni Elvin Abdullayevin ATV-nin eks-aparıcısı Afət Abdullayeva ilə olan nikahından iki oğlu dünyaya gəlib.