Məşhur müğənni arıqlayıb tanınmaz hala düşdü


Digərləri 08 Yan 2020 18:34:00 139 0

Məşhur müğənni arıqlayıb tanınmaz hala düşdü

Braziliyalı məşqçi, məşhur İngilis müğənnisi Adelin arıqlama sirrini açıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hər zaman dolu bədən quruluşu ilə məşhur olan 31 yaşlı ifaçı qısa müddət ərzində arıqlayıb. Müğənninin radikal dəyişikliyi pərəstişkarlarını heyran edib. Bəziləri internetdə yeni fotolarda onu tanımadıqlarını da etiraf ediblər.

Daily Mail-in yazdığına görə, artıq çəki ilə mübarizə zamanı Adel Los-Ancelesdə braziliyalı məşqçi Camila Goodies ilə məşq edib. Məşqçinin dediyinə görə, müğənni nəticənin çox hissəsinə fiziki məşqlə deyil, pəhriz sayəsində nail ola bilib.

Adelin bitki mənşəli məhsullarla (məsələn, kələm və qarabaşaq) zəngin olan pəhriz saxladığı iddia olunub. Bəziləri müğənninin piateslə məşğul olduğunu da deyir.

Qeyd edək ki, 2015-ci ildə Adele səsini yaxşı vəziyyətdə saxlamaq üçün daha sağlam həyat tərzinə keçdiyini açıqlayıb.