Görkəmli şəxsiyyətlərə poçt bloku və markalar həsr edilib (FOTO)


Digərləri 08 Yan 2020 18:23:00 182 0

Görkəmli şəxsiyyətlərə poçt bloku və markalar həsr edilib (FOTO)

Qırğız Respublikasının İnformasiya Texnologiyaları və Rabitə Komitəsi "Görkəmli şəxsiyyətlərin yubileyləri” adlı poçt blokunu və marka seriyasını dövriyyəyə buraxıb.

Bakı. Qırğız Respublikasının İnformasiya Texnologiyaları və Rabitə Komitəsi "Görkəmli şəxsiyyətlərin yubileyləri” adlı poçt blokunu və marka seriyasını dövriyyəyə buraxıb. Trend-in məlumatına görə, markalardan biri Rusiyanın musiqi mədəniyyətində dəyərli yer tutan rus bəstəkarı N.A. Rimski-Korsakov anadan olmasının 175 illiyinə, digəri böyük Holland rəssamı Rembrandt Harmens van Reynin vəfatının 350 illiyinə, üçüncüsu isə İtaliyalı rəssam, heykəltəraş, memar, alim Leonardo da Vinçi vəfatının 500 illiyinə həsr olunub. Poçt markalarının üzərində adı çəkilən məşhur incəsənət xadimlərinin portretləri öz əksini tapıb. Markaların nominal dəyərləri 75, 100, 250 SOM, tirajları isə 5 min nüsxə təşkil edir. Markalar kiçik vərəqlərdə, 46.00 х 27.50 mm ölçülərində, “Nova İmprim” çap evində işıq üzü görüb. Hər vərəq 4 markadan ibarətdir. Vərəqlərin ölçüləri isə 113.00 х 108.00 mm-dir. Buraxılışa əlavə olaraq 108.00 х 98.00 mm ölçülərində poçt bloku da hazırlanıb. Poçt blokunda markaların ölçüləri 27.50 х 46.00 mm-dir. Blok 4000 tiraj ilə tədavülə buraxılıb.