Deputatlıq sevdasına düşən məşhurlar


Şou-biznes 08 Yan 2020 18:20:00 197 0

Deputatlıq sevdasına düşən məşhurlar

Növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olandan sonra bir çox tanınmış millət vəkili olmaq sevdasına düşüb.

Son.az axşam.az-a istinadən deputatlığına namizəd olan şou-biznes nümayəndələrinin siyahısını təqdim edir:

Əməkdar artist Elza Seyidcahan illərdir millət vəkili olmaq arzusunu dilə gətirir. Hətta bu istəyinə görə müğənni dəfələrlə tənqid edilib, qalmaqal yaşayıb. Bu dəfə isə Seyidcahan arzusuna bir addım yaxınlaşıb. O, artıq imza toplamaq işinə də başlayıb. Müğənni 500-dən çox imza topladığını söyləyib.

Digər deputat olmaq sevdasına düşən tanınmış isə aparıcı Tural Ozandır. O da imza toplamağa başladığını deyib.

Aparıcı Aytən Səfərova da deputat olmaq istəyir. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd olan aparıcı imza toplamaq üçün ora yollanıb.