Xoşqədəmlə Qənirə 10 yaşlı Nərminə görə mübahisə etdi FOTO


Digərləri 07 Yan 2020 18:40:00 564 0

Xoşqədəmlə Qənirə 10 yaşlı Nərminə görə mübahisə etdi  FOTO

Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti sarsıdıb. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırmasını tələb edir. Tanınmışlar arasında hadisəyə ilk münasibət verənlər jurnalist Xoşqədəm Hidayətqızı, daha sonra deputat Qənirə Paşayeva oldu. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram" layihəsinin aparıcısı millət vəkilinin ayyarımdır axtarılan azyaşlının ölümünə reaksiyasını gecikmiş hesab edib və bu iradını onun "Facebook" statusunun altında bildirib:

- Hörmətli Qənirə xanım, mən sizi Nərmin itəndə orada görmək istərdim, ölüsü ortaya cıxdıqdan sonra yox. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər. Bağışla!

Q.Paşayeva aparıcının bu iradını belə cavablandırıb:

- Xoşqedem xanım, mən o dairənin millət vəkili olmasam da, hüquq-mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Mən daim olaraq maraqlana bilərəm və hüquq-mühafizə orqanları hər gün bu məsələ ilə nə qədər maraqlandığımı çox yaxşı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsəniz, o cür də ifadə edə bilərsiniz. Amma istədim gerçəkləri biləsiz. 

X.Hidayıtqızı ilə Q.Paşayevanın dialoqu belə davam edib: