Məşhur aktyor Avstraliyaya 1 milyon dollar yardım etdi


Digərləri 07 Yan 2020 17:41:00 142 0

Məşhur aktyor Avstraliyaya 1 milyon dollar yardım etdi

Məşhur aktyor Kris Hemsvort Avstraliyada 1 həftədir davam edən və hələ də söndürülməyən yanğınla mübarizə aparan insanlar üçün 1 milyon dollar yardım edib.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, aktyor Avstraliyada davam edən dəhşətli yanğını söndürməyə çalışanları dəstəkləmək üçün bir milyon dollar bağışlayıb. 36 yaşlı Kris ''İnstagram'' hesabında yayımladığı videoda izləyicilərini də yanğın üçün yardım etməyə çağırıb.

O yayımladığı videoya ''Sizin kimi mən də Avstraliyada yanğınla mübarizə aparan insanları dəstəkləmək istəyirəm. Ailəm və mən yanğına görə bir milyonluq yardım etdik. Əgər bir dollar belə yardım etsəniz, sizə çox minnətdar olacam'' sözlərini qeyd edib.

Qeyd edək ki, Avstraliyada dəhşətli yanğınlar sentyabr ayından başlayıb və hələ də tam söndürülməyib.