Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib (YENİLƏNİB)


Digərləri 07 Yan 2020 15:48:00 269 0

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib (YENİLƏNİB)

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Prezident İlham Əliyevin digər sərəncamı ilə Vüqar Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin