Azərbaycan neftinin qiyməti dəyişdi


Digərləri 07 Yan 2020 15:17:00 141 0

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 71,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.