Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib


Digərləri 07 Yan 2020 13:50:00 142 0

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qayda qüvvəyə minib

Bakı. Bu il yanvarın 1-dən Azərbaycanda “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək. Kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.