TAP Avropada daha təmiz enerji mənbələrinə keçidə şərait yaradacaq


Digərləri 06 Yan 2020 21:36:07 140 0

TAP Avropada daha təmiz enerji mənbələrinə keçidə şərait yaradacaq

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) qitədəki enerjinin daha ekoloji cəhətdən təmiz mənbələrə keçməsinə şərait yaradacaq

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) qitədəki enerjinin ekoloji cəhətdən daha təmiz mənbələrə keçməsinə şərait yaradacaq. Bu barədə Trend-ə TAP-ın səhmdarlarından biri olan İspaniyanın "Enagas" şirkəti məlumat verib. Bildirilib ki, "Enagas" TAP layihəsində 16% paya sahibdir: "Enagas üçün TAP çox vacib bir layihədir, çünki bu, Avropanın ən vacib qaz dəhlizidir. TAP Avropada enerji təhlükəsizliyi və şaxələndirilməyə töhfə verəcək. Bu, Xəzər dənizindən Cənub-Şərqi Avropaya sərfəli və səmərəli nəqliyyat marşrutudur". Şirkətdən qeyd ediblər ki, TAP Avropada enerji keçidini asanlaşdıran, kömür kimi enerji qaynaqlarının təbii qazla əvəzlənməsini asanlaşdıran əsas layihədir.