İndoneziyada sel qurbanlarının sayı artdı FOTO


Dünya 06 Yan 2020 18:28:00 156 0

İndoneziyada sel qurbanlarının sayı artdı  FOTO

İndoneziyada baş vermiş sel fəlakətində dünyasını dəyişənlərin sayı 66-ya çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni ilin ilk günlərində paytaxt Cakarta və ətrafında baş verən şiddətli yağışlardan sonra güclü sel şəhəri iflic vəziyyətə salıb. Ölüm sayının gündən-günə artdığı zamanda 173 min nəfərin də təxliyyə olunduğu bildirilib. Rəsmilər vəziyyətin daha da pisləşəcəyindən narahat olduqlarını bildiriblər. Belə ki, növbəti günlərdə paytaxta və ölkənin məşhur Yava adasına 102 millimetr yağış yağacağı ehtimal olunur.

Qeyd edək ki, hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə paytaxta 1 yanvarda 38 santimetr yağış yağıb ki, bu da 1996-cı ildən bu yana ən yüksək göstəricidir.